İrəvanda növbəti etiraz aksiyası keçirilib - YENİLƏNİB

Tarix: 12 May 2024 21:08

Ermənistanda keşiş Baqrat Qalstyanın çağırışı ilə Baş nazir Nikol Paşinyanın siyasətinə etirazla əlaqədar İrəvanda Respublika meydanında növbəti aksiya keçirilib.

APA Ermənistan medaisına istinadən xəbər verir ki, Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan sabah səhər saat 8-dən Ermənistanda itaətsizlik aksiyalarına başlamağa çağırıb.

*** 19:08

Ermənistanda keşiş Baqrat Qalstyanın çağırışı ilə Baş nazir Nikol Paşinyanın siyasətinə etirazla əlaqədar İrəvanda Respublika meydanında növbəti aksiya başlayıb.

APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, mitinqə qədər Matenadaran yaxınlığından Respublika meydanına doğru gənclərin yürüşü keçirilib.

Yürüş iştirakçıları meydanda aksiyaya qoşulublar.

Xəbər Lenti