Cümə axşamı, 16 İyul, 2026
Tarix: 16 Jul 2026 04:49
Ukrayna Prezidenti Volodimir Zelenski Yaxın Şərq ölkələri ilə açıqlanmayan razılaşmanın mövcud olduğunu bildirib.
Bu barədə RBK-Ukrayna məlumat yayıb.
Zelenskinin sözlərinə görə, həmin razılaşma Yaxın Şərqdə müharibənin tam başa çatmasından asılıdır.
“Yaxın Şərqlə bağlı açıqlamadığımız razılaşmamız var. Bu, regionda müharibənin tam başa çatması ehtimalından asılıdır”, – deyə Ukrayna Prezidenti bildirib.
O əlavə edib ki, bu razılaşma Ukraynanın raket əleyhinə müdafiə imkanları ilə əlaqəlidir.
Ukrayna Yaxın Şərq Zelenski
Mənbə: apa.az