Merz: Rusiya Baltikyanı ölkələrə və Moldovaya da təhlükə yaradır

Merz: Rusiya Baltikyanı ölkələrə və Moldovaya da təhlükə yaradır

Tarix: 16 Jul 2026 08:53

Almaniya kansleri Fridrix Merz Rusiyanın Avropada hərbi təcavüzünü genişləndirməyə hazırlaşdığını iddia edib.

APA xəbər verir ki, bu barədə o, Berlində keçirdiyi mətbuat konfransında bildirib.

Merzin sözlərinə görə, Moskvanın planları təkcə Ukrayna ilə məhdudlaşmır.

“Rusiyanın gələcək təcavüzə hazırlaşdığını açıq şəkildə görürük. Bu təhlükə Baltikyanı ölkələrə, Moldovaya və Avropanın digər bölgələrinə də yönəlib”, – deyə kansler bildirib.

Almaniya Rusiya Fridrix Merz

Mənbə: apa.az

Xəbər Lenti