Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha iki neft tankerini vurub

Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha iki neft tankerini vurub

Tarix: 16 Jul 2026 11:57

Ukrayna Qara dənizdə Rusiyanın "kölgə donanması"na daxil olan "Louise 1" və "Banda" neft tankerlərinə zərbə endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti “Telegram”da məlumat yayıb.

Qurumun bildirdiyinə görə, Ukraynanın sanksiya siyahısına daxil edilmiş tankerlərə "Mamay" tipli dəniz dronları ilə hücum həyata keçirilib.

Məlumata görə, "Louise 1" tankeri G7 və Avropa İttifaqının tətbiq etdiyi neft embarqosu dövründə Rusiya xam neftinin daşınmasında istifadə olunub. Gəmi Baltik dənizi və Qara dəniz limanlarından neft daşıyarkən avtomatik identifikasiya sistemini söndürərək marşrutunu gizlədib. Təkcə 2026-cı ildə tanker təxminən 3 milyon ton "Urals" markalı Rusiya neftini daşıyıb.

"Banda" tankeri isə Ust-Luqa, Kerç, Novorossiysk və Naxodka limanlarından Rusiya xam neftinin ixracında iştirak edib.

İlqar Xudiyev Ukrayna Rusiyanın "kölgə donanması"nın tankerlərinə zərbə

Mənbə: apa.az

Xəbər Lenti