Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub

Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub

Tarix: 16 Jul 2026 15:07

Bu gün Ukrayna Rusiyanın “kölgə donanması”na aid 11 gəmini vurub.

APA xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələri “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, gün ərzində 5 neft tankeri, 1 qaz daşıyan tanker, 3 quru yük gəmisi və 2 yedək gəmisi hədəfə alınıb.

Qurumun məlumatına əsasən, hücumlar Qara və Azov dənizlərində aparılıb.

Ukrayna tərəfi bildirib ki, iyulun 6-dan 16-dək davam edən “MoLoÇKa” əməliyyatı çərçivəsində ümumilikdə Rusiyanın “kölgə donanması”na aid 147 gəmi vurulub. Onlardan 117-si Azov dənizində, 30-u Qara dənizdə hədəfə alınıb.

İlqar Xudiyev Ukrayna Rusiya gəmilərinə zərbə Qara və Azov dənizi

Mənbə: apa.az

Xəbər Lenti