Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 13 May 2024 11:17
Ukraynanın Xarkov vilayətində 5762 mülki şəxs bölgədəki şiddətli döyüşlər fonunda evlərindən təxliyə edilib.
APA “The Kyiv İndependent”ə istinadən xəbər verir ki, Rusiya mayın 10-da Xarkov vilayətinin Liptsı və Volçansk istiqamətlərində yeni hücum əməliyyatlarına başlayıb.
Son sutka ərzində Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsi Rusiya artilleriyasından və minaatanlardan atəşə tutulub, Volçansk şəhəri isə “bir sıra kütləvi atəşə” məruz qalıb”, - məlumatda bildirilib.
Lamiyə Şirinova