Cümə, 17 İyul, 2026
Tarix: 16 Jul 2026 22:31
ABŞ Prezidenti Donald Trampın amerikalılara edəcəyi televiziya müraciəti seçkilərin təhlükəsizliyinə və xarici müdaxilə iddialarına həsr olunacaq.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Tramp ABŞ-ın şərq sahili vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə iyulun 17-si saat 05:00-da) xalqa geniş müraciətlə çıxış edəcək.
Livitt qeyd edib ki, prezident çıxışında ABŞ-da seçkilərin toxunulmazlığının qorunması məsələsinə toxunacaq.
ABŞ Donald Tramp Ağ Ev seçkilər
Mənbə: apa.az