Ağ Ev: Vaşinqton və Tehran arasında danışıqlar davam edir

Ağ Ev: Vaşinqton və Tehran arasında danışıqlar davam edir

Tarix: 16 Jul 2026 22:02

ABŞ və İran arasında danışıqlar davam edir.

"Sky News" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, İran ABŞ-la əlaqələri davam etdirir və razılaşma əldə etmək istəyir. Livitt bunu İranın "ağır zərbələrə məruz qalması" ilə əlaqələndirib.

Ağ Evin sözçüsü bildirib ki, ABŞ-ın son hərbi əməliyyatları İranın tərəflər arasında imzalanmış Anlaşma Memorandumunu pozmasına cavab olaraq həyata keçirilib.

Livitt iddia edib ki, İran Hörmüz boğazında kommersiya gəmilərinə hücum edib.

O əlavə edib ki, Prezident Donald Tramp diplomatik həll yoluna açıq qalmaqda davam edir.

ABŞ İran danışıqlar Ağ Ev

Mənbə: apa.az

Xəbər Lenti