Ağ Ev: Tramp futbol üzrə dünya çempionatının finalını izləyəcək

Ağ Ev: Tramp futbol üzrə dünya çempionatının finalını izləyəcək

Tarix: 16 Jul 2026 21:51

ABŞ Prezidenti Donald Tramp futbol üzrə dünya çempionatının final oyununu stadiondan izləyəcək.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.

Onun sözlərinə görə, Tramp cümə günü Nyu-Yorkda Manhettendə yerləşən "Trump Tower"də FIFA-nın şərəfinə təşkil olunacaq qəbulda iştirak edəcək.

Livitt bildirib ki, prezident daha sonra iyulun 19-da Nyu-Cersi ştatında keçiriləcək dünya çempionatının final oyununu stadiondan izləyəcək. Həlledici görüşdə İspaniya və Argentina yığmaları qarşılaşacaq.

Qeyd edək ki, Trampın final matçından sonra dünya çempionatının kubokunu qalib komandaya təqdim edəcəyi gözlənilir.

ABŞ Donald Tramp FIFA dünya çempionatı

Mənbə: apa.az

Xəbər Lenti