Cümə, 17 İyul, 2026
Tarix: 16 Jul 2026 22:52
Macarıstanda sabiq xarici işlər naziri Peter Siyartonun Rusiya ilə əlaqələri fonunda mümkün dövlətə xəyanət iddiaları üzrə rəsmi araşdırma aparılır.
"Bloomberg" xəbər verir ki, bu barədə ölkənin Baş naziri Peter Magyar bildirib.
Madyar mətbuat konfransında hüquq-mühafizə orqanlarının Siyartonun Moskva ilə əlaqələrini araşdırdığını təsdiqləyib, lakin istintaqın gedişi ilə bağlı əlavə məlumat verməyib.
Məlumata görə, araşdırma telefon danışıqlarının sızdırılmasından sonra başlanıb. İddia olunur ki, həmin yazılarda Peter Siyarto Rusiyanın xarici işlər naziri Sergey Lavrovu Avropa İttifaqının daxili müzakirələri barədə məlumatlandırıb, həmçinin Aİ sanksiyalarının yumşaldılması ilə bağlı Moskvaya dəstək təklif edib.
Peter Siyarto isə ittihamları rədd edir.
Macarıstan Peter Siyarto araşdırma
Mənbə: apa.az