Mirzoyan: Azərbaycanla nəqliyyat əlaqələrinin bərpasında maraqlıyıq

Tarix: 13 May 2024 13:05

Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh razılaşması regionda sabitliyə və uzunmüddətli sülhə xidmət edəcək.

APA-nın adı çəkilən ölkənin mətbuatına istinadən xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib:

“Biz Azərbaycanla nəqliyyat əlaqələrinin bərpasına həm hazırıq, həm də bunda maraqlıyıq. Söhbət həm də dəmiryolu nəqliyyatından gedir. Əlbəttə ki, bu məsələlərin tənzimlənməsi birgə, daha dəqiq qarşılıqlı prinsip əsasında həyata keçiriləcək”.

Xəbər Lenti