Cümə, 17 İyul, 2026
Tarix: 17 Jul 2026 00:20
İranın Buşehr, Əhvaz və İranşəhr şəhərlərində partlayışlar baş verib.
IRNA agentliyinin məlumatına görə, Buşehr şəhərində iki partlayış qeydə alınıb.
Mehr agentliyi İranın cənub-qərbində yerləşən Əhvaz şəhərində də partlayış səsinin eşidildiyini vurğulayıb.
Tasnim agentliyinin məlumatına görə isə, İranın cənub-şərqindəki Sistan və Bəlucistan vilayətində yerləşən İranşəhr şəhərinin hava limanına zərbə endirilib.
Mümkün dağıntılar və itkilər barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
İran Buşehr Əhvaz partlayış
Mənbə: apa.az