Cümə, 17 İyul, 2026
Tarix: 17 Jul 2026 01:18
Ukraynanın müdafiə naziri Mixail Fedorovun vəzifədən uzaqlaşdırılması ölkənin hərbi-siyasi rəhbərliyi və hakimiyyət daxilində fikir ayrılıqlarını üzə çıxarıb.
Bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Hərbi Hava Qüvvələri komandanının müavini Pavel Yelizarov Fedorovun istefasına etiraz olaraq vəzifəsindən ayrılıb. Hakim "Xalqın xidmətçisi" Partiyasındakı mənbələr isə Ali Radadakı vəziyyəti "partlayış həddində" kimi qiymətləndiriblər.
"Financial Times" qeyd edir ki, Fedorovun vəzifədən uzaqlaşdırılmasından sonra Kiyev və Ukraynanın bir sıra iri şəhərlərində etiraz aksiyaları keçirilib. Nəşrin məlumatına görə, bu dəfə ictimai narazılıq birbaşa Prezident Volodimir Zelenskiyə yönəlib.
Məqalədə bildirilir ki, yanvarda müdafiə naziri təyin olunan Fedorov müdafiə sənayesindəki maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı maraqların toqquşması fonunda tənqid olunurdu. Nəşrin iddiasına görə, onun vəzifədən uzaqlaşdırılmasının əsas səbəblərindən biri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski də daxil olmaqla hərbi rəhbərliklə fikir ayrılıqları olub.
Ukrayna Mixail Fedorov Financial Times
Mənbə: apa.az