Şuşada Aşıq Ələsgərə həsr olunmuş tədbir keçirilib

Şuşada Aşıq Ələsgərə həsr olunmuş tədbir keçirilib

Tarix: 17 Jul 2026 12:03

Şuşada Vaqif Poeziya Günləri çərçivəsində Aşıq Ələsgərin vəfatının 100 illiyinə həsr olunmuş “Sözün aşığı – Sazın aşığı” adlı tədbir keçirilib. APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, tədbirdə Aşıq Ələsgərin zəngin yaradıcılığı, Azərbaycan aşıq sənətinin inkişafındakı rolu və milli-mənəvi irsimizə verdiyi töhfələrdən bəhs edilib. Bildirilib ki, sənətkarın irsi bu gün də öz aktuallığını qoruyur, onun poeziyası və saz sənəti yeni nəsillər üçün dəyərli mənəvi mənbə olaraq yaşayır. Çıxışlarda Aşıq Ələsgərin yaradıcılığının Türk dünyasının ortaq mədəni irsinin mühüm tərkib hissəsi olduğu vurğulanıb.

Tədbir bədii hissə ilə davam edib.

İlkin Naib

Mənbə: apa.az

Xəbər Lenti