Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 13 May 2024 18:57
Türkiyə ilə Yunanıstan arasında terrorla mübarizə mövzusunda fikir birliyi güclənir.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Yunanıstan Baş naziri Kiriakos Miçotakislə keçirdiyi görüşün nəticələrinə dair birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, bu gün Kiriakos Miçotakislə keçirdiyi görüş zamanı bu məsələni ətraflı müzakirə edib. Ərdoğan, həmçinin bildirib ki, Kipr adasında ədalətli həllə nail olmaq vacibdir.