Putin TŞ-nin daimi üzvləri ilə postsovet məkanındakı dövlətlərlə münasibətləri müzakirə edib

Tarix: 13 May 2024 19:36

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri ilə videokonfrans formatında operativ müşavirə keçirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müşavirənin əsas mövzusu postsovet məkanındakı müstəqil dövlətlərlə münasibətlərin qurulması olub.

Qeyd edək ki, müşavirədə Təhlükəsizlik Şurasının yeni katibi, keçmiş müdafiə naziri Sergey Şoyqu, TŞ-nin keçmiş katibi Nikolay Patruşev də iştirak edib.

Xəbər Lenti