Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 14 May 2024 03:01
Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov saxlanılıb.
APA-nın məlumatına görə, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
“General-leytenant Kuznetsov cinayət törətməkdə şübhəli şəxs qismində saxlanılıb. İşin istintaqı Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi tərəfindən aparılır general barəsində həbs-qətimkan tədbiri seçilib”, - deyə agentlik bildirib.