İndoneziyada daşqın nəticəsində ölənlərin sayı 50-ə çatıb

Tarix: 14 May 2024 06:34

İndoneziyanın qərbindəki Sumatra adasında leysan yağışların səbəb olduğu daşqın nəticəsində 50 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Bundan əvvəl 41 nəfərin öldüyü bildirilirdi.

Təbii Fəlakətlərin İdarə Olunması agentliyinin rəsmisi bildirib ki, daşqın nəticəsində azı 37 nəfər xəsarət alıb, daha 27 nəfər itkin düşüb.

Xəbər Lenti