Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 14 May 2024 13:03
Gürcüstan parlamentinin plenar sessiyasında hakim partiya ilə müxalifət deputatları arasında dava düşüb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, gərginlik müxalif Vahid Milli Hərəkat partiyasının sədri Levan Xabeişvilinin çıxışı zamanı baş verib. Müxalifət lideri və hakim partiyanın deputatı Dmitri Samxaradze qarşılıqlı bir-birini təhqir ediblər. Mübahisə daha sonra qarşıdurmaya çevrilib. Sessiya hazırda davam edir. Qeyd edək ki, bu gün plenar sessiyada mübahisəli "xarici təsir" qanununun üçüncü və sonuncu oxunuşda səsə qoyulması gözlənilir.