Paşinyan Ermənistanın Avropa İttifaqına bu il üzv olmasını arzulayır

Tarix: 14 May 2024 14:59

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına üzvlüyünün mümkünlüyü məsələsinə toxunub.

APA xəbər verir ki, Ermənistan Baş nazirinə Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən Demokratiya Sammitinə bununla bağlı sual ünvanlanıb.

Aparıcının “Ermənistanın Aİ-yə neçənci ildə üzv olmasını istərdiniz?” sualına Ermənistanın Baş naziri sevinclə “Bu il” – deyə cavab verib.

Xəbər Lenti