Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 14 May 2024 16:13
2025-ci ildən Rusiyada “bakalavr” anlayışı olmayacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federasiyasının elm və ali təhsil naziri Valeri Falkov bildirib.
Onun sözlərinə görə, ali və ali ixtisas təhsili olacaq.
Falkov əlavə edib ki, mühəndislər, həkimlər və müəllimlər 5,5 il təhsil almalıdırlar, dörd illik təhsil onlara kifayət etmir.