Bazar, 19 İyul, 2026
Tarix: 18 Jul 2026 22:02
Oman sahillərindən 100 km şərqdə bir tankerə hücum edilib.
APA xəbər verir ki, bu barədə Britaniyanın Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatı Əməliyyatları Mərkəzi (UKMTO) məlumat verib.
"UKMTO, Omanın Duqm şəhərindən təxminən 100 km şərqdə bir ticarət gəmisi və silahlı qüvvələrlə bağlı hadisə barədə məlumat alıb. Məlumatlara görə, tanker bölgədə davam edən hərbi fəaliyyətdən təsirlənib", - məlumatda deyilir.
Gəminin hansı ölkəyə aid olması və hadisə ilə bağlı geniş məlumat verilməyib.
OmanMənbə: apa.az