Azərbaycanda sığorta üzrə beynəlxalq tədris proqramı yaradılır

Azərbaycanda sığorta üzrə beynəlxalq tədris proqramı yaradılır

Tarix: 20 Jul 2026 12:06

Azərbaycan Mərkəzi Bankı Böyük Britaniyanın Chartered Insurance Institute (CII) ilə strateji əməkdaşlıq münasibətlərinin qurulmasına başlayıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Məlumata görə, Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə CII-nin baş icraçı direktoru Metyu Hil arasında keçirilən görüşdə Azərbaycanda sığorta sektorunda insan kapitalının inkişafı, ölkənin beynəlxalq standartlara uyğun sığorta üzrə regional tədris və təlim mərkəzinə çevrilməsi istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər təşkilatın professor və ekspertlərinin iştirakı ilə Azərbaycanda beynəlxalq səviyyəli tədris proqramının tətbiqi barədə ilkin razılığa gəliblər.

Bildirilib ki, proqram çərçivəsində sığorta və maliyyə sektorunda çalışan mütəxəssislər, eləcə də bu sahədə karyera qurmaq istəyən şəxslər sığorta və risklərin idarə edilməsi üzrə beynəlxalq səviyyədə tanınan peşəkar təhsil imkanlarından yararlana biləcəklər.

Mərkəzi Bank hesab edir ki, təşəbbüs ölkədə əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasına, eyni zamanda Azərbaycanın sığorta sahəsində regional tədris mərkəzi kimi mövqeyinin gücləndirilməsinə töhfə verəcək.

Rahim Tarıverdiyev Mərkəzi Bank Böyük Britaniya Chartered Insurance Institute CII sığorta beynəlxalq tədris

Mənbə: apa.az

Xəbər Lenti