Dünya Bankının Azərbaycan üzrə rəhbəri dəyişib - EKSKLÜZİV

Dünya Bankının Azərbaycan üzrə rəhbəri dəyişib - EKSKLÜZİV

Tarix: 20 Jul 2026 13:44

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri dəyişib.

"APA-Economics"in bankdan əldə etdiyi məlumata görə, vəzifə müddətinin başa çatması ilə əlaqədar Stefanie Stallmeister bu il iyulun 1-dən etibarən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsindən ayrılıb. O, bu vəzifəyə 2023-cü il iyulun 1-də təyin edilmişdi.

Məlumata görə, Dünya Bankının Azərbaycan üzrə yeni ölkə meneceri vəzifəsinə Sacha Backes təyin edilib. O, vəzifəsinin icrasına bu ilin avqust ayından başlayacaq.

Qeyd edək ki, bu təyinatadək Sacha Backes Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasında (IFC) İstehsal, Aqrobiznes və Xidmətlər üzrə Avropa komandasında baş investisiya mütəxəssisi olub.

Backes 17 ildən artıqdır ki, IFC-də fəaliyyət göstərir. O, bu müddətin ilk 12 ilini London, Vaşinqton və Yohannesburq ofislərində Təbii Sərvətlər və İnfrastruktur komandasında çalışaraq əsasən Afrika regionunda layihələrə rəhbərlik edib.

IFC-yə qoşulmazdan əvvəl isə Lüksemburq hökumətinin inkişaf yardımı üzrə icraçı agentliyi olan Lux-Development təşkilatında yeddi il çalışıb. Bu müddətdə Laosda aqrobiznes və kənd infrastrukturuna yönəlmiş inteqrə olunmuş kənd inkişafı layihələrini idarə edib.

Sacha Backes Kembric Universitetində fizika üzrə fəlsəfə doktoru (PhD) və INSEAD Biznes Məktəbində biznesin idarəedilməsi (MBA) dərəcəsi alıb.

Rahim Tarıverdiyev Dünya Bankı Azərbaycan Stefanie Stallmeister Sacha Backes

Mənbə: apa.az

Xəbər Lenti