Çərşənbə axşamı, 21 İyul, 2026
Tarix: 21 Jul 2026 09:49
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
“APA- Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.41 dollar və ya 2,63% bahalaşaraq 93.91 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 91.5 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
İlahə Səlimova NeftMənbə: apa.az