Çərşənbə, 22 İyul, 2026
Tarix: 22 Jul 2026 08:32
Qlobal fond bazarlarında ticarət günü əsasən yüksəlişlə başa çatıb.
“APA-Economics” xəbər verir ki, ABŞ bazarlarında “Dow Jones” indeksi 385,38 bənd və ya 0,74% artaraq 52 224,64 bəndə, “S&P” 500 indeksi 65,92 bənd və ya 0,89% yüksələrək 7 509,20 bəndə, “Nasdaq Composite” indeksi isə 329,14 bənd və ya 1,29% bahalaşaraq 25 837,21 bəndə çatıb. “NYSE Composite” 0,93% artaraq 23 890,19 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 1,17% yüksələrək 35 369,08 bənd olub.
Avropada da müsbət dinamika qeydə alınıb. “Euro Stoxx” 50 0,94% artaraq 6 285,63 bəndə, FTSE 100 0,58% bahalaşaraq 10 585,91 bəndə, Almaniyanın “DAX” indeksi 0,66% yüksələrək 25 011,35 bəndə, Fransanın “CAC” 40 indeksi 0,28% artaraq 8 363,14 bəndə, İspaniyanın “IBEX” 35 indeksi isə 0,90% bahalaşaraq 19 379,80 bəndə yüksəlib.
Asiya-Sakit okean regionunda da əksər indekslər artım nümayiş etdirib. Yaponiyanın Nikkei 225 indeksi 1,10% artaraq 66 960,95 bəndə, “TOPIX” 1,15% yüksələrək 4 061,30 bəndə, Çinin CSI 300 indeksi 0,67% artaraq 4 771,10 bəndə, Avstraliyanın “S&P/ASX” 200 indeksi 0,25% yüksələrək 8 815 bəndə çatıb. “MSCI AC Asia Pacific” indeksi isə 2,25% bahalaşıb. Bununla yanaşı, Honq Konqun Hang Seng indeksi 0,83% azalaraq 24 923,77 bəndə enib.
Analitiklərin fikrincə, bazarlarda müsbət əhval-ruhiyyəyə güclü korporativ maliyyə nəticələri, texnologiya sektorunda alışların artması və ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələri ilə bağlı gözləntilər dəstək verib. Bununla yanaşı, Çin iqtisadiyyatına dair narahatlıqlar Honq Konq bazarında enişə səbəb olub.
Rahim Tarıverdiyev indeksMənbə: apa.az