Çərşənbə, 25 Mart, 2026
Tarix: 16 May 2024 22:13
Mayın 16-da Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib.
APA Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, ziyafətdə Azərbaycan və Belarus musiqilərindən ibarət konsert proqramı təqdim olunub.
*** Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir.
APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

