Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 17 May 2024 03:54
Rusiyanın Belqorod vilayətinin Oktyabrski kəndində dörd nəfərin olduğu avtomobilə dron hücumu baş verib.
APA Rusiya mediasına istinadən xəbər verir ki, kamikadze-dronun partlaması nəticəsində qadın yerindəcə dünyasını dəyişib.
Həkim briqadasını gözləmədən ata və uşaq, eləcə də sürücü maşınla Belqorod xəstəxanasına gediblər.
Həkimlər uşağı xilas etmək üçün əllərindən gələni etsə də, 4 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.