Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 17 May 2024 05:59
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Ukrayna ilə bağlı İsveçrədə iyunda keçiriləcək konfransa getməyəcək.
APA xəbər verir ki, bu barədə cümə axşamı, mayın 16-da Braziliya liderinin administrasiyası məlumat yayıb.
Eyni zamanda mətbuat xidməti bildirib ki, dövlət başçısı İtaliyada keçiriləcək G7 sammitində iştirak təklifində maraqlıdır.
Məlumata görə, hazırda onun iştirakı məsələsi müzakirə olunur.