Ryabkov: "Rusiya NATO ölkələrinə hücum etmək fikrində deyil, bu, absurddur"

Tarix: 17 May 2024 05:27

Rusiya NATO-ya hücum etmək fikrində deyil, Qərbdə bununla bağlı müzakirələr tamamilə absurddur.

APA xəbər verir ki, bunu “TASS”a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Bu, tamamilə absurddur, hətta dezinformasiya da deyil, bu, rəhbərliyimiz tərəfindən ictimai şəkildə dəfələrlə açıqlanan, bağlı qapılar arxasında bildirilən siyasətin mahiyyətinin qəddar təhrifidir”, - diplomat vurğulayıb.

Xəbər Lenti