Cümə axşamı, 23 İyul, 2026
Tarix: 23 Jul 2026 08:40
Dünya bazarında neftin qiyməti 96 dolları ötüb.
“APA-Economics” xəbər verir ki, “ICE” birjasında Brent markalı neftin sentyabr fyuçersləri 2,08 ABŞ dolları və ya 2,21% bahalaşaraq bir barel üçün 96,15 ABŞ dollarına yüksəlib.
“Nymex” birjasında “WTI” markalı neftin sentyabr fyuçersləri isə 1,51 ABŞ dolları və ya 1,74% artaraq 88,34 ABŞ dolları təşkil edib.
Qiymət artımına əsas səbəb bazarlarda Yaxın Şərqdə geosiyasi gərginliyin yenidən yüksəlməsi, mümkün tədarük riskləri ilə bağlı narahatlıqlar və investorların neft təklifinin məhdudlaşa biləcəyi gözləntilərinin güclənməsidir.
Rahim Tarıverdiyev neftMənbə: apa.az