Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 17 May 2024 13:21
Tavuşun Kirants kəndinin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə razılaşmaya etiraz edən sakinləri tərəfindən mayın 16-dan etibarən bağlı olan Ermənistan-Gürcüstan yolu açılıb.
APA-nın xəbərinə görə, bu barədə “Sputnik-Armenia”ya kənd sakinləri məlumat verib. Bildirilib ki, kəndə aparan yoldakı nəzarət postu da artıq oradan götürülüb.
Müvafiq qərar kənd sakinlərinin Tavuş vilayətinin qubernator Ayk Qalumyanla görüşündən sonra qəbul edilib.