Cümə axşamı, 23 İyul, 2026
Tarix: 23 Jul 2026 13:11
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) "Şahdəniz" yatağından qaz və kondensat satışından daxilolmalar azalıb.
"APA-Economics" xəbər verir ki, hesabat dövründə Şahdəniz yatağından Fonda 423,3 mln. manat vəsait daxil olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,8 mln manat və ya 3,2% azdır. Ötən ilin ilk yarısında bu göstərici 437,1 mln. manat təşkil etmişdi.
Ümumilikdə, 2026-cı ilin yanvar-iyun aylarında ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 mlrd. 743,2 mln. manat olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 789,8 mln manat və ya 15,9% çoxdur.
Hesabat dövründə Fondun mənfəət neftinin və qazın satışından əldə etdiyi gəlirlər 4 mlrd 974,3 mln manat, bonus ödənişləri və tranzit gəlirləri 765,3 mln manat, akrhesabı ödənişlər isə 3,6 mln manat təşkil edib.
Rahim Tarıverdiyev ARDNF Şahdəniz qaz gəlir
Mənbə: apa.az