Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 17 May 2024 22:05
Sankt-Peterburqun Tixoretski prospektində yerləşən Budyonnıy Rabitə Akademiyasında partlayış olub.
APA xəbər verir ki, bu barəd Rusiya KİV məlumat yayıb.
Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.
İlkin məlumata görə, onlardan ikisinin vəziyyəti ağırdır.
Partlayışın dron hücumundan sonra baş verdiyi iddia edilir.
Araşdırma aparılır.