Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Tarix: 18 May 2024 05:02

Böyük Britaniya hökuməti Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

APA-nın xəbərinə görə, Britaniya hökuməti elan edib ki, Rusiya və KXDR-in qeyri-qanuni tərəfdaşlığı səbəbindən Şimali Koreyanın bir, Rusiyanın isə iki şirkətinə sanksiyalar tətbiq olunub, onların aktivləri dondurulub. Şimali Koreyanın “Paekyanqsan” şirkətinin Rusiya ilə KXDR arasında neft məhsullarının ötürülməsi ilə KXDR-in hərbi proqramlarının asanlaşdırılmasında iştirak etdiyi bildirilib.

Qeyd edək ki, Britaniya hökuməti daha əvvəl Rusiyanın Şimali Koreyadan alınan ballistik raketlərdən Ukraynaya qarşı istifadə etmək qərarını pisləyib.

Xəbər Lenti