Rumıniya hava məkanını pozan PUA-nı vurub

Rumıniya hava məkanını pozan PUA-nı vurub

Tarix: 24 Jul 2026 13:19

Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatını (PUA) məhv edib.

APA xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan "X" sosial şəbəkəsində bildirib.

Prezidentin sözlərinə görə, hadisə bu gün yerli vaxtla saat 11:00 radələrində baş verib. Rumıniyalı pilot idarə etdiyi F-16 qırıcısından istifadə edərək ölkənin hava məkanına daxil olmuş PUA-nı vurub.

Nikuşor Dan qeyd edib ki, hadisə yaşayış olmayan ərazidə baş verdiyi üçün atəş açılması zamanı heç bir risk yaranmayıb.

Hazırda aidiyyəti dövlət qurumlarının əməkdaşları hadisə yerində araşdırma aparır və insidentin bütün təfərrüatlarını müəyyənləşdirirlər.

Rumıniya HHQ PUA F16

Mənbə: apa.az

Xəbər Lenti