EBRD-nin Azərbaycandakı cari investisiya portfeli 900 mln. avroya yaxınlaşıb

EBRD-nin Azərbaycandakı cari investisiya portfeli 900 mln. avroya yaxınlaşıb

Tarix: 24 Jul 2026 16:06

Bu il iyunun 30-na Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari portfeli 892 mln. avroya çatıb. Bu isə bir ay əvvələ nisbətən 2% və ya 18 mln. avro artım deməkdir.

"APA-Economics" bu barədə EBRD-yə istinadən xəbər verir. Məlumata görə, hazırda aktiv layihələrin sayı isə 36-dır.

Qeyd olunub ki, portfelin 90%-ni (800 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 7%-ni (62 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (30 mln. avro) isə korporativ sektora yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 7% artaraq 721 mln. avro təşkil edib.

Beləliklə, EBRD bu günədək Azərbaycana 202 layihə çərçivəsində 3,748 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 94,1%-i (3,528 mlrd. avro) borc götürənlər tərəfindən artıq layihələrin icrasına sərf olunub. Portfelin 41%-i özəl sektorun payına düşür.

Xatırladaq ki, 2025-ci ildə AYİB Azərbaycanda 10 layihəyə 81 mln. avro məbləğində vəsait ayırıb.

Rahim Tarıverdiyev EBRD AYİB Azərbaycan investisiya

Mənbə: apa.az

Xəbər Lenti