Cümə, 24 İyul, 2026
Tarix: 24 Jul 2026 19:20
İran Səhiyyə Nazirliyi iyunun 27-dən etibarən ABŞ-ın İrana yeni hava zərbələri nəticəsində 59 nəfərin öldüyünü açıqlayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, həlak olanlar arasında 6 qadın və yaşı 18-dən aşağı olan 3 yeniyetmə də var.
Hesabatda bildirilib ki, zərbələr nəticəsində indiyədək 666 nəfər yaralanıb. Onlardan 32 nəfərin müalicəsi hazırda da xəstəxanalarda davam etdirilir.
Haşim RahimiMənbə: apa.az