Şənbə, 25 İyul, 2026
Tarix: 24 Jul 2026 23:54
İran dövlət televiziyası (IRIB) və ona istinad edən bəzi İran KİV-ləri Oman sahilləri yaxınlığında Qətərə məxsus LPG/LNG daşıyan tankerin hücuma məruz qaldığını iddia edib.
APA IRIB-ə istinadən xəbər verir ki, iddiaya görə, bu axşam ABŞ ordusu İran qazı daşıdığını düşünərək Oman dənizindən bölgəyə girməyə çalışan bir maye qaz tankerinə iki raket atıb.
Hadisə nəticəsində tankerin iki ekipaj üzvü həlak olub. Mühərrik bölməsinin zərər gördüyü gəmi yararsız vəziyyətə düşüb..
ABŞ Oman gəmiMənbə: apa.az