BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının mandatı 2030-cu ilə qədər uzadılıb

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının mandatı 2030-cu ilə qədər uzadılıb

Tarix: 25 Jul 2026 04:58

BMT Baş Assambleyası Rusiya və ABŞ da daxil olmaqla 10 ölkənin etirazlarına baxmayaraq, Volker Türkün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsindəki mandatının daha dörd il, 11 oktyabr 2030-cu ilə qədər uzadılmasını səsə qoyub.

APA xəbər verir ki, səsverməyə əsasən, Rusiya və ABŞ-dan əlavə, Argentina, Burkina Faso, Konqo Demokratik Respublikası, İsrail, Mali, Niger, Nikaraqua və Trinidad və Tobaqo da uzadılmanın əleyhinə səs verib.

Belarus, Yeni Zelandiya və Koreya Respublikası da daxil olmaqla on üç ölkə bitərəf qalıb. Ümumilikdə 144 ölkə Türkün mandatının uzadılmasının lehinə səs verib.

Volker Türk BMT komissar

Mənbə: apa.az

Xəbər Lenti