Şənbə, 25 İyul, 2026
Tarix: 25 Jul 2026 05:51
Venesuelada 24 iyunda baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 5546-ya çatıb, 23800-dən çox insan müvəqqəti düşərgələrdə yerləşib.
APA xəbər verir ki, bu barədə Venesuela parlamentinin sədri Xorxe Rodriges məlumat verib.
"5546 nəfər həlak olub, 16740 nəfər yaralanıb, 6462 nəfər xilas edilib", - o deyib.
Yenilənmiş məlumatlara görə, 107 müvəqqəti düşərgədə 23811 nəfər yerləşdirilib. 17907 sakin isə evsiz qalıb.
Zəlzələ 856 binaya ziyan vurub, onlardan 190-ı tamamilə dağılıb. 24 iyul tarixinə olan məlumata görə, ölkədə 1500 təkrar təkan qeydə alınıb.
Venesuela zəlzələMənbə: apa.az