Şənbə, 25 İyul, 2026
Tarix: 25 Jul 2026 06:58
ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun gələn həftə Vaşinqtona səfər edəcəyini bildirib.
APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlaması zamanı danışıb.
O, Netanyahunun çərşənbə axşamı onunla görüşəcəyini deyib. Daha sonra İsrail Baş nazirinin ofisi də səfəri təsdiqləyib.
Məlumata görə, tərəflər görüşdə Yaxın Şərqdəki vəziyyəti, İran məsələsini və Qəzza zolağında atəşkəs danışıqlarını müzakirə edəcəklər.
“Reuters” yazır ki, Netanyahu səfər çərçivəsində ABŞ senatoru Lindsi Qrehemin dəfn mərasimində də iştirak edəcək.
Tramp Netanyahu ABŞ İsrail İranMənbə: apa.az