Şənbə, 25 İyul, 2026
Tarix: 25 Jul 2026 09:00
Beynəlxalq fond bazarlarında həftənin son ticarət sessiyasında qarışıq dinamika qeydə alınıb.
“APA-Economics” xəbər verir ki, ABŞ və Avropa bazarlarında əsasən yüksəliş müşahidə olunsa da, Asiya bazarlarının əksəriyyətində eniş üstünlük təşkil edib.
ABŞ-da “Dow Jones” indeksi 0,47% artaraq 45 010,29 bəndə, S&P 500 0,07% yüksələrək 6 363,35 bəndə çatıb. Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi “Nasdaq Composite” isə 0,14% azalaraq 21 020,02 bəndə enib.
Avropa bazarlarında da müsbət dinamika davam edib. Belə ki, FTSE 100 0,85% artaraq 9 138,37 bəndə, “DAX” 0,24% yüksələrək 24 295,93 bəndə, CAC 40 isə 0,21% bahalaşaraq 7 902,25 bəndə çatıb.
Asiya-Sakit okean regionunda isə əsas indekslərin əksəriyyəti mənfi zonada ticarət olunub. Yaponiyanın Nikkei 225 indeksi 0,88%, “TOPIX” 0,85%, Cənubi Koreyanın KOSPI 0,18%, Honq Konqun Hang Seng indeksi isə 1,10% geriləyib. Bununla yanaşı, Çinin “Shanghai Composite” indeksi 0,49%, Avstraliyanın “S&P/ASX” 200 indeksi isə 0,06% yüksəlib.
Analitiklərin fikrincə, bazarlardakı qarışıq dinamika investorların ABŞ şirkətlərinin maliyyə hesabatlarını qiymətləndirməsi, ABŞ-ın ticarət siyasəti ilə bağlı qeyri-müəyyənlik və qlobal iqtisadi artım perspektivlərinə dair ehtiyatlı mövqeyi ilə əlaqədardır.
Rahim Tarıverdiyev indeksMənbə: apa.az