Şənbə, 25 İyul, 2026
Tarix: 25 Jul 2026 10:30
Gürcüstanda elektrik enerjisinin verilişinin bərpası istiqamətində işlər aparılır.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın Dövlət Elektrosistemi” SC-dən bildirilib.
Məlumata əsasən, qəzadan dərhal sonra Tbilisinin əksər hissəsində elektrik enerjisinin təchizatı mərhələli şəkildə bərpa olunub. Təchizatın tam bərpası prosesi qısa müddətdə başa çatdırlacaq.
Qurumdan həmçinin bildirilib ki, elektrik enerjisi kəsintisinin dəqiq səbəbi müəyyənləşdirilir və ictimaiyyətə məlumat təqdim olunacaq.
Qeyd edək ki, genişmiqyaslı elektrik enerjisi kəsintisi səbəbindən Tbilisi metrosunun fəaliyyəti müvəqqəti dayanıb, qatarların hərəkətində gecikmələr baş verib.
***
08.59
Gürcüstanda elektrik enerjisinin verilməsində kəsintilər qeydə alınıb.
APA TASS-a istinadən xəbər verir ki, Tbilisi, Ozurgeti, Poti və Rustavi şəhərlərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Kəsinti səbəbilə su nasosları işləməyib və bu da Tbilisinin bəzi ərazilərində su təchizatının kəsilməsinə səbəb olub.
Elektrik paylayıcı şirkətlərdən kəsintilərin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, 24 iyul gecəsi də Gürcüstanda elektrik enerjisi kəsintiləri baş vermişdi.
Cəmilə Babayeva Gürcüstan elektrikMənbə: apa.az