Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 18 May 2024 21:58
Rusiyanın paytaxtı Moskvada "Bolşoy Teatr"da tamaşa zamanı yalançı həyəcan təbili çalıb.
APA xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
“Moskvada “Bolşoy Teatr”da tamaşa zamanı yalançı həyəcan təbili çalıb. 1000-ə yaxın insan sərbəst şəkildə binanı tərk edib”, - məlumatda deyilir.
Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.
Teatrın mətbuat xidmətindən bildiriblər ki, həyəcan siqnalları işə salındıqdan sonra tamaşa davam edəcək.