İtaliya Ukraynanın sabiq müdafiə nazirinə müşavir vəzifəsi təklif edib

İtaliya Ukraynanın sabiq müdafiə nazirinə müşavir vəzifəsi təklif edib

Tarix: 25 Jul 2026 13:54

İtaliyanın müdafiə naziri Quido Krosetto Ukraynanın sabiq müdafiə naziri Mixaylo Fedorova özünün müşaviri olmağı təklif etdiyini bildirib.

APA xəbər verir ki, bu barədə İtaliyanın La Repubblica qəzetinə müsahibəsində danışan nazir Fedorovun vəzifədən uzaqlaşdırılmasının ertəsi günü onunla əlaqə saxladığını deyib.

"Onu işdən çıxarıldıqdan bir gün sonra zəng edib dedim: "Nə vaxt Romaya gəlib mənimlə müşavir kimi işləmək istəyirsən dedim” Krosetto bildirib.

Nazirin sözlərinə görə, Fedorov bu təklifdən təsirlənib, bunu ona göstərilən hörmət və dostluğun ifadəsi kimi qiymətləndirib.

Krosetto Mixaylo Fedorovu hərbi innovasiyaların inkişafında mühüm rol oynayan şəxs kimi dəyərləndirib. Onun sözlərinə görə, Fedorov yeni texnologiyaların tətbiqi ilə döyüş meydanında qaydaları dəyişdirərək, Ukraynanın əvvəlcə Rusiyanın işğalına müqavimət göstərməsinə, daha sonra isə təşəbbüsü ələ almasına töhfə verib.

Qeyd edək ki, 35 yaşlı Mixaylo Fedorov tərəfdarları tərəfindən Ukraynanın pilotsuz uçuş aparatları imkanlarının genişləndirilməsi və müdafiə sektorunda islahatların təşviqi ilə tanınır. O, bu ay müdafiə naziri vəzifəsindən azad edilib. Qərar Ukraynada etirazlara səbəb olub.

Ukrayna Prezidenti Volodimir Zelenski Fedorova hökumətdə alternativ vəzifələr təklif etsə də, sabiq nazir müdafiə naziri postundan başqa heç bir dövlət vəzifəsini qəbul etməyəcəyini açıqlayıb.

Ukrayna sabiq müdafiə naziri Mixaylo Fedorov

Mənbə: apa.az

Xəbər Lenti