Şənbə, 25 İyul, 2026
Tarix: 25 Jul 2026 17:38
Ukrayna Silahlı Qüvvələrinin Zaporojye bölgəsinin Rusiyanın nəzarətində olan ərazisinə hava zərbələri nəticəsində ölənlərin sayı artıb.
Rusiya mediasının yaydığı məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin turist düşərgəsinə zərbələri nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Onlardan dördü uşaqdır.
***
12.52
Ukrayna Silahlı Qüvvələrinin Zaporojye bölgəsinin Rusiyanın nəzarətində olan ərazisinə hava zərbələri nəticəsində 8 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumatda bildirilir ki, zərbələr Melitopol şəhərinin Kirillovka qəsəbəsindəki turist bazasına endirilib.
Ölənlərdən ikisi uşaqdır.
Üçü uşaq olmaqla, daha 14 nəfərin yaralandığı bildirilir.
Yaralılara tibbi yardım göstərilir.
Mənbə: apa.az