ƏSF kompensasiyaların AniPay vasitəsilə ödənilməsi imkanını araşdırır

ƏSF kompensasiyaların AniPay vasitəsilə ödənilməsi imkanını araşdırır

Tarix: 25 Jul 2026 16:58

Artıq elektron ödəniş sistemləri formalaşmaqdadır. Məsələn, AniPay kimi məhsullar mövcuddur. Biz istəyirik ki, Fond olaraq AniPay sisteminə qoşulsaq, vəsaitlərin real vaxt rejimində birbaşa vətəndaşların hesabına köçürülməsi mümkün olacaq.

“APA-Economics” xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin nümayəndəsi Azər Əmirov Fondun Milli Mətbuat Gününə həsr olunmuş Dialoq və Əməkdaşlıq Forumunda bildirib.

Onun sözlərinə görə, bu kimi sistemlərlə inteqrasiya məsələləri hazırda gündəmdədir:

“Dünyada rəqəmsallaşma, süni intellekt və elektron xidmətlər qanunvericilikdən daha sürətlə inkişaf edir. Bu isə yeni sistemlərlə inteqrasiya zamanı müəyyən çətinliklər yaradır. Bununla bağlı bəzi ləngimələr olsa da, ümumilikdə kompensasiyaların məhz bu ödəniş sistemləri vasitəsilə həyata keçirilməsi məsələsini gündəmdə saxlayırıq”.

İlahə Səlimova Əmanətlərin Sığortalanması Fondu Əmanətlərin qorunması

Mənbə: apa.az

Xəbər Lenti