Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 19 May 2024 09:16
Yaponiya hökuməti avtomobil sənayesinin rəqəmsallaşdırılması üçün yeni strategiyanı təsdiq etmək niyyətindədir, bu strategiya çərçivəsində milli istehsalçılar 2030-cu ilə qədər proqram təminatı ilə müəyyən edilmiş nəqliyyat vasitələri (SDV) adlandırılan qlobal bazarda 30% paya nail olmağı qarşısına məqsəd qoyacaqlar.
APA xəbər verir ki, bu barədə “Yomiuri” nəşri məlumat yayıb.
Buna nail olmaq üçün hakimiyyət üç sahədə şirkətlər arasında əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır: proqram təminatının inkişafı, avtonom sürücülük və məlumatların istifadəsi. Xüsusilə, Yaponiyanın ən böyük konserni Toyota Motor, Honda Motor və Nissan Motor artıq 2025-ci ildən belə qarşılıqlı əlaqə haqqında düşünür.