Latviya parlamentinin sədri Füzuliyə səfər edib

Tarix: 19.05.2024 11:51

Latviya Respublikası parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonuna gəlib.

Bu barədə APA-ya Milli Məclisin Mətbuat xidmətindən xəbər verilib.

Səfər zamanı nümayəndə heyəti Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilmiş dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.

Xəbər Lenti